"Facebook" istifadəçilərinə şad xəbər

"Facebook" istifadəçilərinə şad xəbər

Facebook şirkəti öz istifadəçiləri üçün yeni “canlı karaoke” tətbiqini yaradıb.

  XƏBƏRÇİ.AZ  yenicag.az-a istinadla xəbər verir ki, Facebook tərtibatçıları özlərinin “canlı karaoke” tətbiqini yaratmaqla “Musical.ly” xidmətinə tamhüquqlu rəqib olmağı düşünürlər. Yenilik artıq qeydiyyatdan keçən istifadəçilərə nəinki özünü vokalist rolunda hiss etmək, həmçinin canlı yayımın köməyi ilə bu ifanı dostlara da yayımlamaq imkanı verəcək.


Yayıma istifadəçilər qrupunu əlavə etmək imkanı da var ki, bununla da duet, trio, kvartet və hətta xor da yaratmaq olacaq. “Lip Sync Live” tətbiqi sosial şəbəkəyə daha gənc auditoriyanın cəlb edilməsinə istiqamətlənib ki, “canlı karaoke” imkanları ilə eyni zamanda canlı yayım daha maraqlı və praktik olacaq.


loading...