
Məşhur mesajlaşma proqramı WhatsApp milyonlarla istifadəçiyə təsir edən səhv ilə gündəmdədir.
XƏBƏRÇİ.AZ xəbər verir ki, WhatsApp-da ortaya çıxan xəta səbəbi ilə bir çox istifadəçilər onlara gələn mesajları görə bilmir.
Büyük əksəriyyəti iPhone sahiblərinin olduğu bir qrup istifadəçi WhatsApp-dan onlara mesaj göndərən şəxsin adının görünmədiyindən şikayətlənir.
Başqa cür desək, ekrana gələn WhatsApp bildirişlərində nə mesajı yazanın adı, nə də mesajın məzmunu görünürdü.