Bloka atdığınız şəxslər... - “WhatsApp”da xəta

Bloka atdığınız şəxslər... - “WhatsApp”da xəta Məşhur mesajlaşma platforması "WhatsApp”ın yenilənmiş son versiyasında xəta ortaya çıxıb.   XƏBƏRÇİ.AZ  xəbər verir ki, yenilənmədən sonra "qara siyahı”ya salınmış istifadəçinin onu bloklayan şəxsə mesaj göndərməsi mümkün olub.   Normalda isə bloklanmış istifadəçi onu bloklayan şəxsə nə mesaj yaza bilir, nə də profil məlumatlarını görə bilir. Hazırda isə bu xəta bir çox istifadəçidə yaşanır.   Şirkətin yaxın günlərdə daha bir versiya yeniləməsi edərək xətanı aradan qaldırması gözlənilir.  
loading...