Azərbaycanın məşhur milyonçusu türk serialında - VİDEO

Azərbaycanın məşhur milyonçusu türk serialında - VİDEO

XƏBƏRÇİ.AZ Prime - time.az - a istinadən xəbər verir ki, Türkiyənin məşhur tarixi seriallarından biri olan “Payitaht Abdülhamid”də Azərbaycana da yer verilib.

Belə ki, ekranın işinin 51-ci bölümündə Azərbaycanın məşhur milyonçusu Hacı Zeynalabdinin Sultan Abdulhamidlə görüşü təsvir olunub.

Görüş zamanı Hacı Zeynalabdin Sultana Azərbaycan türkcəsində yazılmış “Qurani Kərim” hədiyyə edir.

Serialda kı sözügedən səhnələr sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri ekran işində Azərbaycanın tarixi şəxsiyyətinə yer verilməsini təqdir etsələr də, aktyor seçimini bəyənməyiblər. Onlar seçilmiş obrazdan çox Sultanın Hacıya oxşadığını qeyd ediblər.

Bundan başqa, diqqət çəkən digər məqam isə Hacı Zeynalabdin obrazını canlandıran aktyorun Azərbaycan türkcəsində deyil də, Türkiyə türkcəsində dialoq qurması olub.

Məlumat üçün bildirək ki, serialda azərbaycanlı obrazını canlandıranlardan şəxslərdən biri isə “Büyük Fırat” restoranlar şəbəkəsinin sahibi Hüseyin Büyük Fıratdır.


loading...