Uşaqların qurdlu olması onların az xəstələnməsinə səbəb ola bilir - neonatoloqdan açıqlama

Uşaqların qurdlu olması onların  az xəstələnməsinə  səbəb ola bilir - neonatoloqdan açıqlama "Uşaqları həddən artıq çox təmiz saxlamaq, onlar üçün faydalı yox, əksinə zərərli olur".   XƏBƏRÇİ.AZ "Qafqazinfo" ya istinadən xəbər verir ki. bu fikirləri neonatoloq Altay Abdullaoğlu paylaşıb.

Onun sözlərinə görə, şəhərdə dezinfektorlarla əlləri yumaq, spirtləməklə bu çox da yaxşı deyil:

"Uşaqların sağlamlığı üçün zərərlidir. Belə uşaqlar daha alergik olur, daha tez-tez xəstələnirlər. Ona görə rayon mühitində, heyvanların və s. saxlanıldığı mühitdə uşaqları bir balaca çirkli saxlamaq, hər dəfə əli dezinfektorla yumamaq, dezinfektorlardan həddindən artıq istifadə etməmək, uşaqların bir az çirkli, mikroplu olması, hətta qurdlu olması, məsələn, yüngül qurdların olması, onların daha az xəstələnməsinə, müqavimətlərin daha güclü olmasına və alergik xəstəliklərin daha az olmasına səbəb ola bilir". 
loading...