Anasının əlini buraxan 5 yaşlı uşaq qatarın altında qalacaqdı - VİDEO

Anasının əlini buraxan 5 yaşlı uşaq qatarın altında qalacaqdı - VİDEO

Hindistanın Mumbay şəhərində 5 yaşlı qız qatarın altında qalmaqdan son anda xilas edilib.

XƏBƏRÇİ.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, qızı ilə qatara minməyə çalışan qadın vaqona daxil olsa da, qızı onun əlini buraxır və platforma ilə hərəkət edən qatarın arasında qalır. Bu vaxt hərbi geyimdə olan bir nəfər şəxs özünü itirməyib cəld tərpənərək qızı qatarın altından çıxarır.

Həm azyaşlı, həm də xilaskarı yüngül xəsarətlər alıb. Onlara elə vağzalda tibbi yardım göstərilib. 5 yaşlı qızın xilaskarının adı isə Saçin Poldur.


loading...