Ən təhlükəli maddələr - Tütün və alkoqol

Ən təhlükəli maddələr - Tütün və alkoqol

Alkoqol və tütün bütün dünya əhalisinin sağlamlığı üçün ən təhlükəli maddələrdir.

XƏBƏRÇİ.AZ xəbər verir ki, narkoloqların bu barədə hazırladığı elmi məqalə “Addiction” jurnalında dərc olunub.

Tədqiqatçıların hesablamalarına görə tütün və alkoqol alüdəçilik yaradan digər maddələrlə müqayisədə ən çox can alır.

“Dünyada hər beş böyükdən biri hər ay azı bir dəfə hansısa şənlikdə və ya asudə vaxtında külli miqdarda spirtli içki qəbul edir. Hər yeddi nəfərdən biri hər gün siqaret çəkir. Hər iki maddə xərçəng və erkən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Yerdə qalan narkotiklər ümumi götürdükdə dəfələrlə az istifadə olunur”, - deyə Sidneyin Nyu Saut Uels universitetindən olan tədqiqatçı Emi Pikok bildirib.

Alkoqol həddindən artıq qəbul edildikdə təkcə qaraciyərin fəaliyyətini pozmur. Spirtli içki qəbulu psixoloji və fizioloji asılılıq yaradır, xərçəng, diabet və müxtəlif xəstəliklərin formalaşmasına yol açır. Anoloji neqativ ünsürlər tütünlə bağlı araşdırmalarda da ortaya çıxıb.


loading...