Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı

Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı

Yağışla bərabər göydən yerə qurbağa tökülüb. Nə qədər qəribə səslənsə də Goranboy rayon sakininin iddialarına görə, yerə yağışla birlikdə qurbağa da yağıb. Ekoloqlar isə belə bir hadisənin mümkün olduğunu, lakin bizim iqlimə uyğun olmadığını deyirlər.

XƏBƏRÇİ.AZ  Milli.Az -a istinadən bildirir ki, göydən yerə yağışla bərabər qurbağa tökülüb.

Goranboy rayonun sakinin iddialarına görə sonuncu dəfə rayona yağan yağışla bərabər göydən xırda qurbağalar da tökülüb. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, elə hadisələr ölkəmizin iqliminə uyğun olmadığı üçün bu ilkdir.

Ekoloqların sözlərinə görə qeyri adi təbiət hadisələrin əsas səbəblərindən biri də təbiətə olan yad təsirlərdir.


loading...