İnstaqram bu funksiyanı bağlayır

İnstaqram bu funksiyanı bağlayır

Əgər siz aktiv İnstaqram istifadəçisisinizsə və kənar tətbiqlərdən istifadə edirsinizsə, alternativ variantlar axtarmağa başlasanız yaxşı olar.

XƏBƏRÇİ.AZ xəbər verir ki, sözügedən sosial şəbəkə tətbiqin proqram interfeysini (API) dəyişir və istifadəçi məlumatlarına keçidi bağlayır.

Belə ki, İnstaqram kənar tətbiqlərin istifadəçi məlumatlarını əldə etdikləri vaxtı azaldıb. Bundan sonra həmin tətbiqlər 1 saat ərzində 5000 sorğu deyil 200 sorğunu yerinə yetirə biləcəklər.

API dəyişiklikləri səsəbindən hətta bəzi tətbiqlər İnstaqram sistemindən də çıxarılacaqlar. Bu dəyişiklik ilk öncə haştaq məhşurluqlarını analiz edən və ya hesabların abunəlik yoxlanışlarını reallaşdıran tətbiqlər üçün əsl zərbə olacaq. Yeni qaydalara görə bir çox tətbiqlər sadəcə olaraq öz işlərini görə bilməyəcəklər. Tətbiq sorğu limitini keçdiyi halda onu İnstaqram sistemindən çıxardırlar.

 

qafqazinfo


loading...