Polisin xəbərdarlığına məhəl qoymadı, yenə maşının üstünə çıxıb rəqs etdi - VİDEO

Polisin xəbərdarlığına məhəl qoymadı, yenə maşının üstünə çıxıb rəqs etdi - VİDEO

Bakıda maşının üstündə rəqs edən qız polisin xəbərdarlığına baxmayaraq yenə etdiyi hərəkəti təkrarlayıb. 

Xəbərçi.az-ın məlumatına görə, rəqqasə olduğu bildirilən həmin qız bu dəfə paytaxtın başqa istiqamətində yolun kənarında saxlanılan maşının üzərində rəqs edib. 

Görüntülərdən məlum olur ki, xanım digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. 

Halbuki daha əvvəl Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, həmin xanımın kimliyi yol poilisi tərəfindən müəyyən olunub: 

“Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. O xanım idarəyə dəvət olunub. İlkin araşdırmalar gedir. Bizim də müəyyən etdiyimizə görə maşın müğənni Nur Cəfərlinin adınadır. Onun nə səbəbdən belə atdım atdığı verdiyi ifadədən sonra məlum olacaq. Hadisənin nə vaxt baş verdiyi də hələ ki, bilinmir. Belə bir halın ümumilikdə yolun hərəkət hissəsində edilməsi cəmiyyət içərisində yaxşı qarşılanmır. Bu insanlara heç də yaxşı nümunə deyil. Oynamağa yermi azdı? Cəmiyyətdə tanınmaq üçün belə yollara baş vurmaq lazım deyil. Yəqin ki araşdırmalar bitdikdən sonra məsələ aydınlaşacaq”. (baku.ws)


loading...