Nazdan Azərbaycan xalqına qarşı hörmətsizlik

Nazdan Azərbaycan xalqına qarşı hörmətsizlik

Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila 20 Yanvar günü konsert verəcək.

Xəbərçi.az məlumat verir ki, o, bu barədə "Instagram" hesabında məlumat yayıb.

Diceylik etməyə başlayan Naz matəm günü Türkiyədə klubların birində konsert proqramı ilə çıxış edəcək. 

Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Nazı təhqir və tənqid atəşinə tutublar.

Qeyd edək ki, sözügedən paylaşımı tənqid edənlərlə yanaşı, bəyənən azərbaycanlıların sayı da az olmayıb.


loading...