Axtardığı qızlarını "dini" verilişdə görən ata HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO

Axtardığı qızlarını "dini" verilişdə görən ata HƏYATININ ŞOKUNU YAŞADI - VİDEO

Avstriyada yaşayan şəxs uzun zamandır xəbər alamadığı 2 qızını Adnan Oktarın proqramında görüb.

Xəbərçi.az Türkiyə mediasına istinadən məlumat verir ki, qarşılaşdığı mənzərədən həyatının şokunu yaşayan 44 yaşlı ata Elvan Koçak Türkiyəyə gələrək Oktardan hüquq-mühafizə orqanlarına şikayət edib.

7 il öncə ayrıldığı həyat yoldaşı Gülperi T.-nin övladları Ş.K.(19), B.K.(17) və oğlu M.K(17) ilə birlikdə Türkiyəyə getdiyini və uşaqlarından uzun müddət xəbər ala bilmədiyini deyən kişi bu həftə sonu bir qohumlarının "Sənin qızların Adnan Oktarın yanındadır" sözləri ilə dəhşət yaşadığını bildirib. Elvan Koçak "Qızlarımdan B. və əkizi olan M.-nin hələ 17 yaşları var. Təhsillərini yarımçıq qoyub Adnan Oktar tərəfindən yeri bəlli olmayan bir oteldə saxlanıldıqlarını eşitmişəm. Uşaqlarımdan, sadəcə, Ş. mesajlarıma cavab verir. O mesajları da qızımın yazdığına inanmıram. Çünkü Ş.-nın türkcəsi və yazma tərzinə bənzəmir" deyib.


loading...