Narkotik satıcılarının yolda diləndirdiyi qüsurlu qız onların əlindən xilas edilib. Xəbərçi.az Türkiyə mediasına istinadən bildirir ki, yoldan keçənlərin qarşısında dilənmək üçün ağlayana qədər döyülən fiziki qüsurlu qız narkotik satıcılarının əlindən qurtulub. Gonzalo Erize adlı şəxs 5 yaşında Filippin küçələrində diləndirilən Anabelleni xilas edib. Anabelleni anası doğulanda maddi vəziyyətləri yaxşı olmadığına görə narkotik alverçilərinə satıb. Onlar isə uşağın diqqət çəkən görünüşündən istifadə edərək onu küçələrdə diləndiriblər. Krouzon Sindromu ilə doğulan Anabellenin sifəti mutasiyaya uğrayıb. O, gözlərini qırpa bilmir.
Onu narkomanların əlindən xilas edən argentinalı şəxs xəstəxanaya apararaq müalicə etdirib.