Bakıda mini yubkalı qız görəndə qəzaya düşən sürücülər - VİDEO

Bakıda mini yubkalı qız görəndə qəzaya düşən sürücülər - VİDEO

Piyadalara görə qəzaya düşən sürücülərin görüntüləri paytaxtda quraşdırılmış DİN-in "Təhlükəsiz şəhər” kameralarına düşüb. 

Xəbərçi.az məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer.az-a verilən görüntülərdə fərqli mənzərələr əks olunub. Belə ki, qəzaların biri keçiddən keçən, digəri isə kənardan keçən piyadaya görə baş verib. Birində piyada haqlıdır, digərində isə... 

Piyadalardan biri yolun hərəkət hissəsini piyada keçidi olmayan yerdən keçən zaman avtomobillərdən biri dayanıb ona yol vermək istəyərkən qəza baş verir. Bu hadisədə qəza həm piyadanın səhvi, həm də arxadan gələn digər avtomobilin düzgün ara məsafəsi seçməməsi səbəbindən baş verir. 

Digər hadisədə isə piyada keçiddən keçən zaman avtomobillər dayanıb piyadaya yol verərkən arxadan gələn yük avtomobili ara məsafəsini düzgün seçmədiyinə görə hər iki avtomobillə toqquşur. Bu cür qəzaların çoxusu ara məsafəsinin düzgün seçilməməsinə görə baş verir. 

“Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin III hissəsində qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. 

Həmin görüntüləri təqdim edirik: 


loading...