“Instagram”ın bu funksiyası “WhatsApp”a gəlir

“Instagram”ın bu funksiyası “WhatsApp”a gəlir

“Facebook” şirkəti “Hekayələr” özəlliyini sahib olduğu üç sosial şəbəkədə də istifadə etmək niyyətindədir.

Xəbərçi.az technote-yə istinadən məlumat verir ki, haırda bu funksiya “WhatsApp”da sınaqdan keçirilir.

Bu funksiya sayəsində “Instagram”da paylaşılmış hekayələri birbaşa “WhatsApp” statusunda yerləşdirmək olacaq.

Təqdim olunmuş fotoda “Hekayələr” bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər “Instagram”da hekayə yaradandan sonra onu “Facebook”, “Messenger” və “WhatsApp”da paylaşa biləcəklər.


loading...