
Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub.
Xəbərçi.az məlumat verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi trend-in sorğusuna cavab olaraq bildirib.
İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.
İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.
İmtahanlarda iştirak edənlərdən 15 nəfəri 30-40 yaş, 11 nəfəri 25-30 yaş, 40 nəfər 20-25 yaş, 33 nəfər isə 16-20 yaş arasında olub. İmtahan verənlərdən 1 nəfəri isə 52 yaşında olub.