"Maşın" realiti-şousunu tərk etmiş müğənni Nazim Pişyarı oyundan dərhal sonra atv.az-a açıqlama verib.
Xəbərçi.az həmin açıqlamani təqdim edir:
"Şokdayam... Əlimi necə maşından götürmüşəmsə, inanın, heç xəbərim də olmayıb! Heç ətrafdakı iştirakçılar da mənə bu barədə heç nə deməyib... Səsverməyə özüm çıxmaq istəmişəm və buna tam hazır idim.Qalib gələcəyim təqdirdə kimi çıxaracağımı da, özüm üçün müəyyənləşdirmişdim. Bu hadisə baş verməsəydi, onu mütləq çıxaracaqdım. Artıq onun adını açıqlamağa lüzum yoxdu. Bircə onu deyə bilərəm ki, o qadın iştirakçılarından idi".