 
                                    
                        
	Bakıda çox baha qiymətə "Niva" satışa çıxarılıb. 
	
	Xəbərçi.az baku.ws-ə istinadən məlumat verir ki, 2017-ci il istehsalı olan avtomobilə 42 min 300 AZN qiymət qoyulub. Xüsusi olaraq yığılan avtomobilin təkcə nömrəsi 6500 AZN dəyərindədir. 
	
	Elan saytlarında "Niva"nın 2017 modeli 15-17 min AZN dəyərindədir. Bu avtomobil isə digərlərindən qat-qat baha qiymətə alıcılara təklif edib. 
	
	Avtomobilin baha qiymətə satışa çıxarılması xeyli marağa səbəb olub. 
	
	Həmin maşının fotolarını təqdim edirik:
 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
                                    
                                 
            

 
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            