Qadın pintiliyinin qurbanı oldu - Gözündə həşəratlar meydana gəldi

Qadın pintiliyinin qurbanı oldu - Gözündə həşəratlar meydana gəldi

Çində Xu adlı qadın iki ildir gözləri ilə bağlı əziyyət çəkirdi. O, uzun müddət sonra həkimə müraciət etmək qərarına gəlib.

Xəbərçi.az Türkiyə mediasına istinadla bildirir ki, onu müayinə edən həkimlər təəccübləniblər. Belə ki, onun hər bir gözündə 100 dənəyə qədər mayt adı verilən həşərat yaşayırmış.

Buna səbəb isə onun 5 ildir yastıq üzünü dəyişməməsidir. 2012-ci ildən eyni yastıq üzünə başını qoyan qadın pintilikdən bu hala gəlib.

Həkimlər bildirib ki, bir müddətlik müalicədən sonra həşəratlar onun gözündən yox olacaqlar. Onlar insaları daha təmizkar olmağa, vaxtlı-vaxtında yataq dəstlərini dəyişməyə çağırıblar.


loading...