Azərbaycanlı ermənilərin kəndində erməninin kürəyini yerə vuraraq onu biabır edib.
Xəbərçi.az xəbər verir ki, hadisə Gürcüstanda Marneuli rayonunda, ermənilərin sıx yaşadığı Şaumyani kəndində baş verib. Bu kənddə hər il dövlət tərəfindən festival keçirilir. Festivalda həm Gürcüstanda ətraf ərazilərdə yaşayanlar, həm də digər yerlərdən gələnlər iştirak edir. Burada müxtəlif məclislərlə yanaşı, əyləncələr, yarışmalar təşkil edilir.
Həmin ərəfədə bir erməni güləş meydanına çıxıb əlini-qolunu ölçə-ölçə qürrələnməyə başlayb və onun qabağına guya heç kim çıxa bilməz deyə qışqırmağa başlayıb. Bu zaman Gürcüstanda yaşayan soydaşlarımızdan Vasif Fərəcov adlı biri düşünmədən köynəyini və ayaqqabılarını soyunaraq, hazırlıqsız olaraq erməni güləşçinin qabağına çıxıb. Cəsarətli soydaşımız heç bir dəqiqə də çəkməmiş xoruzlanan ermənini əks fənddə yaxalayaraq kürəyini yerə çırpıb. Bu hadisədən sonra Vasif Fərəcov soydaşlarımız arasında məşhurlaşaraq böyük hörmət qazanıb.
Əlavə edək ki, Şaumyani kəndinin əhalisinin, demək olar ki, 90 faizi ermənilərdən ibarətdir.
Qeyd edək ki, soydaşımız Vasif Fərəcov Gürcüstanın Marneuli rayonunun Araflı kəndində yaşayır. O, kənd məktəbində həftədə 3-4 gün güləşdən dərs deyir, ümumilikdə isə təsərrüfatla, əkin-biçinlə məşğul olur.
Azərbaycanlının ermənini necə yerə çırpmasının qeydə alındığı həmin video kadrları təqdim edir.
Videonu izləmək üçün şəklə klikləyin: (mənbə milli.az)
https://daytube.az/az/videos/54849/