“WhatsApp”da daha bir YENİLİK

“WhatsApp”da daha bir YENİLİK

"WhatsApp" daha bir yeniliyin tətbiqinə başlayıb.

Xəbərçi.az metbuat.az-a istinadən məlumat verir ki, sosial şəbəkə uzun müddətdir tətbiq etdiyi səsli mesaj xidmətini yeniləyib.

Yeni versiyada artıq səsli mesaj göndərmək daha asan olacaq.

Bunun üçün səs yazısına başlayanda "mikrofon" işarəsini sıxmaq (əvvəlki versiyada düymə daim sıxılı vəziyyətdə qalmalı idi), səsi qeydə aldıqdan sonra isə göndər işarəsini seçmək kifayətdir. Hazırda bu yenilik, sadəcə, İOS istifadəçilərinin xidmətindədir.

 

Qeyd edək ki, yaxın zamanda Android istifadəçiləri də bu yenilikdən istifadə edə biləcək.


loading...