Kişi intim münasibət zamanı KOR OLDU

Kişi intim münasibət zamanı KOR OLDU

İntim münasibət zamanı ölüm hadisələlərinin baş verməsi barədə məlumat vermişdik. Lakin bu dəfəki hadisə bir az fərqlidir.

Xəbərçi.az xarici KİV-ə istinadla bildirir ki, İngiltərədə 29 yaşlı kişi intim münasibət zamanı görmə qabiliyyətini itirib.

Şiddətli orqazm keçirən şəxsin bir gözü tutulub. O, xəstəxanaya müraciət edib.

Müayinədən sonra məlum olub ki, xəstə intim münasibət zamanı nəfəsini tutaraq qarın əzələlərini gərginləşdirdiyinə görə gözünə qan sızıb və gözlərinin birinin görmə qabiliyyəti müvəqqəti olaraq itib.

Onun gözü 24 saat sonra açılıb.

Başına gələnləri mətbuata açıqlayan adı çəkilməyən şəxs kişiləri yataqda daha diqqətli olmağa çağırıb. O bildirib ki, yersiz hərəkətlər hətta ölümlə belə nəticələnə bilər.

(milli.az)


loading...