WhatsApp-da silinən mesajı oxumağın yolları

WhatsApp-da silinən mesajı oxumağın yolları Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.   Xəbərçi.az milli.az -a istinadən məlumat verir ki, izləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.   Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.   "Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq.   Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, "settings"dən "notification register"ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz".

 


loading...