Ac qarına su içməyin faydaları

Ac qarına su içməyin faydaları

Su həyat üçün vazkeçilməzdir. Suyun orqanizmə faydası çoxdur. Bütün orqanlar suya ehtiyac duyur. Yuxudan oyananda bir bardaq su içmək orqanizm üçün çox faydalıdır.

XƏBƏRÇİ.AZ BiG.AZ -a istinadən ac qarına su içməyin 10 faydasını təqdim edir.
1. Yeməkdən əvvəl 1 və ya 2 bardaq su içmək toksinlərdən qurtulmaq və orqanizmin ehtiyac duymadığı maddələri ifraz etmək üçün faydalıdır. Hər günün başlanğıcında su içmək metabolizmi sürətləndirir və xəstəliklərdən qorunmağa kömək edir.

2. Gecə vaxtı orqanizm hüceyrələri təmir etmək və özünü yeniləmək üçün çalışır. Bu səbəbdən səhər ac qarına bir bardaq su içmək lazımsız maddələrin sidik yolu ilə ifrazına dəstək olur.

3. Ac qarına bir və ya bir neçə bardaq su içmək spirt, tütün, çirklənmə və pis qidalanma nəticəsində orqanizmə daxil olan ziyanlı maddələrin təsirinin azalmasına kömək edir.

4. Su dərinin ən yaxşı dostlarından biridir və dəri sağlamlığı üçün çox faydalıdır. Ac qarına 2 bardaq su içmək dərinin elastikliyini qoruyur və vaxtından əvvəl qırışların yaranmasının qarşısını alır.

5. Səhərlər yuxudan duranda su içmək orqanların su ehtiyacını təmin edir və sağlam şəkildə işləmələrinə kömək edir.


6. Ac qarına 2-3 bardaq su içmək arıqlamağa kömək edir. Su orqanizmdəki toksinləri atır, yağ və kalori yandırmağa kömək edir. Bundan başqa aclıq hissini də dəf edərək lazımsız qida qəbulunun qarşısını alır.

7. Səhər su içmək limfa vəzi və bağırsaq yolunun sağlamlığını qoruyur. Kortizol miqdarına nəzarət etməyə kömək edir. İnfeksiyalardan qoruyur və ümumi sağlamlığa kömək edir.

8. Ac qarına bir bardaq ilıq su içmək günə enerji ilə başlamağın yaxşı bir yoludur. Səhərlər yuxululuq və yorğunluğu dəf etməyə kömək edir.

9. Səhər yeməyindən əvvəl su içmək bağırsaq hərəkətlərini canlandırır və qəbzliliyin qarşısını almağa kömək edir.

10. Əgər mədə xorası və buna bənzər probleminiz varsa, su ən yaxşı vasitədir. Ac qarına ən az 3 bardaq su içmək mədədəki turşuluq miqdarını aşağı salmağa və mədə xorasına səbəb olan krampları yox etməyə kömək edir.


loading...