Bu məhsul “xərçəng” i məhv edir

Bu məhsul “xərçəng” i məhv edir

Yumurta insan orqanizmi üçün olduqca faydalıdır. Çünki tərkibində 90% kalsium, 10% dəmir var.

ARB 24 xəbər verir ki, vitaminlərlə zəngin olan yumurta insanda enerji yaratmaqla yanaşı, görmə qabiliyyətini gücləndirir, bədənin inkişafında mühüm rol oynayır. Toyuq yumurtasında olan B12 vitamini orqanizmimizdə olan zərərli maddələri bədəndən xaric edir. Ona görə də insanlara gün ərzində bir neçə yumurta yeməsi məsləhət görülür.

Yaqub Qurbanov – Respublikanın baş terapevti: “İntizamlı qidalanma insnaın sağlamlığının birinci amildir. İnsan gündə 1-2 yumurta yeyə bilər. Yumurta yemək lazımdır və xeyirlidir”.

Tədqiqatlar göstərir ki, xüsusilə də qadınlar həftə ərəzində ən azı 6-10 ədəd yumurta qəbul etməlidilər. Çünki yumurtanın sarısının tərkibində olan maddə xərçəng xəstəliyinə gətirib çıxaran amilləri 24% azaldır. Onun tərkibindəki E vitamini xərçəng xəstəliyi ilə mübarizəyə kömək edir.

Elmi araşdırmalara görə, yumurtadan imtina edən insanlarla müqayisədə həftədə ən azı 6 yumurta yeyən qadınların xərçəngə yoluxma riski 40 % azdır. Yumurta sarısında olan Xolin maddəsi xüsusilə də süd vəzi xərçənginə xeyirlidir. Xərçəng xəstəliyi isə özünü birbaşa deyil, müəyyən fəsadlarla büruzə verir.


Yumurta sarısının tərkibində olan "Lesitin" maddəsi xüsusuilə qaraciyər və öd yollarının funksiyasını yaxşılaşdırır. Odur ki, riskli xəstəlikdən uzaq olmaq üçün qida rasionunuza yumurta əlavə etməniz məsləhət görülür.


loading...