Azərbaycanlı ekstrasens: "Dedi istəyirsənsə sənə inanım Allahı göstər, ona elə bir məlumat verdim ki ..."

Azərbaycanlı ekstrasens: "Dedi istəyirsənsə sənə inanım Allahı göstər, ona elə bir məlumat verdim ki ..."

XƏBƏRÇİ.AZ oxu.az-a istinadən tanınmış ekstrasens Aqil Məhərrəmovla müsahibəni təqdim edir:

– Aqil bəy, sizi tapmaq müşkül məsələdir. Həftəsonları da daxil olmaqla, deyəsən, hər gün çalışırsınız...

– Bəli, təəssüflər olsun ki, çalışıram (gülür).

– İstirahətə vaxt ayırmırsınız?

– Valideynlərim və özüm birinci gün doğulduğumuz üçün bazar ertəsi olanda görmürəm, həmin vaxtı “portal” mənim üçün bağlı olur. Həftəsonu işləyirəm ki, birinci gün işləməyim.

– Doğum günü ilə nə əlaqəsi var ki?

– Çünki gücün mənbəyi insanın özündə olur, qalan günlər isə güc xaricdən hasil olur.

İşim qanunsuzdur...

– Həm Rusiyada, həm də burada çalışmaq çətin deyil?

– Bir az çətindir. Çətinliyi isə mentalitetin, dünyagörüşünün, mühitin dəyişməsi yaradır.

– Ruslarla çalışmaq çətindir, ya azərbaycanlılarla?

– Hər ikisi ilə işləmək çətindir. İşinə məsuliyyətlə yanaşırsansa, çalışmalısan ki, qarşındakını inandırasan, ən azından şoka salasan.

– Ən çox kimləri şoka salırsınız?

– Yanıma özündənrazı halda gələnləri şoka salıram. Xoşlayıram ki, çıxanda mənim yanımdan başqa təəssüratla çıxsınlar.

– Eşitdiyimə görə, buradakı fəaliyyətinizə son qoymaq istəyirsiniz?

– Bəli, çünki qanunsuz çalışmaq istəmirəm. Dinimiz İslam olduğuna görə, işim qanunsuz sayılır. Bir də ekstrasenslərimiz elə şərait yaradıblar ki, insanların bizə qarşı münasibəti dəyişib.

Sən Nastradamus da olub gəlsən, sənə “şarlatan”, “yalançı”, “fırıldaqçı” deyəcəklər. Ona görə işləmək istəmirəm.

Doğum gününüzdə ölə bilərsiniz...

– Bu yaxınlarda avtomobil qəzası keçirmisiniz, bəs bunu niyə öncədən görməmişdiniz?

– Həmin günü çox stressli idim. Ona avtomobil qəzası deməyək, maşına yüngül bir toxunma deyək...

– Bir neçə yaxınımın ölümünə fikir vermişəm, onların vəfatı doğum günlərinə yaxın olur. Bunu nə ilə izah edərdiniz?

– İnsanın doğum günü ilə ölüm tarixi, demək olar ki, eyni vaxtda olur. Çünki “portal” insan doğulanda açılır və hər doğum günündə də açıq olur. Hər an təhlükə var ki, siz doğum gününüzdə öləsiniz. “Portal” – yaşadığımız həyatla digər həyatın arasındakı qapıdır.

– Necə?

– Ölülərin yaşadığı həyatla bizim dünya arasında olan qapı doğum günümüzdə açılır.  Ona görə deyirlər ki, doğum günündə nə arzu edirsinizsə, yerinə yetə bilər. Doğum günündə insanın başına istənilən fəlakət və xoş hadisə gələ bilər.

– Doğum günlərində çox adamın depressiv olmasının səbəbi budur?

– Haradasa təsiri var. Ancaq bu, yaşadığımız mühitlə bağlıdır. Həm də ildən-ilə sevdiklərimizi doğum günümüzdə yanımızda görmürük deyə, bütün bunlar baş verir. İnsanların həyat tərzi dəyişib. Seksual azğınlaşmağa doğru gedirik. Hamının fikrində yalnız seksual azğınlaşmadır.

– Bu tarixdə də olub axı. Hərəmlər, saraylar, sultanların seks oyunları və s.

– Hər zaman belə önə çıxmayıb. Eyni zamanda, kariyera, təhsil, iş də olub. İndi ilk yerdə azğınlaşmadır. Sultanlarda idarəetmə olub. O boyda dövlətlər qurublar. 

– Bunu azaltmaq üçün nə məsləhət görürsünüz?

– Çıxış yolu bunu normal insan kimi qəbul etməyimizdir. Nə vaxt qəbul etsək, onda da azalacaq. Nəyə qadağa varsa, ona daha çox meyil var. Zorakılıq həddən artıq çoxalıb. Kişilərin fahişələrə marağı get-gedə artır. Çünki onlarla bəzi fantaziyalarını yerinə yetirə bilirlər. Azğınlaşma budur...

– Həmin o fantaziyaları həyat yoldaşları ilə etməyi ayıb sayırlar?

– Bəli, biz axı müsəlman ölkəsiyik. Amma hamısı etmir, deyə bilmirəm. Çünki edənlər də var.

Ruh özünü güzgüdə görsə, xaos yaranar...

– Demisiniz ki, ruhlarla əlaqə qururam. Daha çox xeyir, yoxsa şər işlər görürsünüz?

– Ruhlar  mənə istədiyim işlərdə kömək edirlər. Sadəcə, qərarlarımız ortaq olur. Mümkün deyil ki, başqa qərarlar verək. Deyə bilmərəm ki, şər işlər məndə yoxdur. Mənə pislik edən insana ikiqat cavab verə bilərəm. Bunu da ilk və son dəfədir ki, etiraf edirəm.

– Bir müğənni var. Deyir ki, mən yas yerinə gedə bilmirəm, gedəndə ölən adamın ruhunu görürəm. Bu, nə dərəcədə doğrudur?

– Bəli, elə şeylər var.  Daha çox hissiyyatlı olan insanlar qəbiristanlığa belə gedə bilmirlər. Ona görə ki, ziyarət zamanı halları dəyişir. Bu da məzarlıqda nekroloji auranı hiss etmələridir.

Sadəcə, baxır hansı müğənnidir, bəlkə, yalan deyir?!

– Belə bir inanc var ki, guya hər cümə axşamı günü ölən adamın ruhu ailəsini ziyarət etməyə gəlir...

– Bu, inanc deyil, həqiqətdir. Hər bir adamın ruhu öz evini kənardan müşahidə edir. Ona görə qırx gün güzgüləri bağlayır, televizordan istifadə etmirik. Əslində, deyirlər, yas saxlayırıq, ancaq bütün bunlar ruha görədir. Ruh özünü güzgüdə görüb, öldüyünü anlaya bilər və fəlakət baş verər, xaos yaranar... 

– Xaos deyəndə nəyi nəzərdə tutursunuz?

– Güzgülər çatlayar, evdə kimsə xəstələnər, yaxud dava düşər...

– Evdə güzgünün sınması niyə pis əlamət sayılır?

– Bu, ruhlarla da, cinlərlə də bağlı olur. Bizim dediyimiz “portal” elə güzgüdən ibarətdir. Biz özümüzü görüb, keçə bilmirik, ruhlar isə özlərini...

– Bəs keçə bilmirlərsə, necə əlaqə qurursunuz?

– Dedim axı, portal açılır.

– Portal hər axşam açılır?

– Siz hər gün oyanmırsınız yuxudan?

– Oyanıram...

– Bəs onda niyə o sualı verirsiniz?

– Məlumatım yoxdur, soruşuram.

– Onlar da sizin kimi insanlardır, yatırlar və oyanırlar..

Ateistlərə hörmət etmirəm...

  – Bayaq doğum günündə depressiv olmaqla bağlı danışdıq. Depressiyaya düşməyin cadu ilə əlaqəsi var?

– Bəli, 85 faiz depressiyalar və stresslər cadu ilə əlaqədardır. Həkimlərlə yanaşı, bunu ekstrasenslər də müalicə edə bilir. Ancaq hər depressiyaya da cadu ilə olub demək düzgün deyil. Çox ağır xəstəlikdir. Bunun sonu özünəqəsddir.  

– Sizə bu problemlə bağlı müraciət edənlər olub?

  – Mənə ən çox insan içinə çıxmaq fobiyası olanlar müraciət edir. İnsanlar o qədər qəddarlaşıb ki, bir-birimizi kompleksə salırıq. Birinin gözü çəpdir, ayağı əyridir. Həmin insanı barmaqla göstərib kompleksə salırıq. O da depressiyaya düşür. Bundan sonra fobiya yaranır.  

– Bildiyim qədərilə evli deyilsiniz...   – Hazırda gəncliyimi yaşamaq istəyirəm. İşi də bir kənara buraxıb, sırf özümə vaxt ayırmaq niyyətindəyəm. Evliliyə gəldikdə isə, biz ya evlənmirik, evlənəndə isə özümüzə enerjisi yaxın olan birini axtarıb tapırıq. Çünki gələcəkdə dünyaya gələn övladlarımızda problem ola bilər.   Qorxuludur. Ona görə hələlik fikirləşmirəm.  Bilirəm ki, 32 yaşında evlənəcəm. Fransada yaşayacam. Sevmədiyim bir ölkədir, ancaq nədənsə, orada yaşayacam.  

– Dini inancınız nədir?

- İslam  

– Bəs “Seyid”, “Peyğəmbər”, “İmam” kimi anlayışları necə qarşılayırsınız?

– Dini ayrı bir elm sayıram. Özüm ikitərəfli seyidəm. Pir və ziyarətgahlara da inanıram. Hər kəsin inancına hörmət edərəm, təkcə ateistlərdən başqa. Onları qəbul edə bilmirəm.

– Heç olub ki, yanınıza ateist gəlib?

– Bəli, biri gəlmişdi. Sonradan dedi ki, ateistəm. İnanmağımı istəyirsənsə, Allahı mənə göstər. Dedim ki, bunu edə bilmərəm, başqa nəyə inanmırsan? Ruhlara və cinlərə inanmadığını bildirdi. Söylədim ki, ruh çağıracam.   Nənəsinin ruhunu çağırdım, özünün belə xəbəri olmadığı, ABŞ-da yaşayan dayısının olduğunu dedim. Tez anasına zəng vurdu, anası isə ağlayaraq təsdiqlədi. Həmin gündən oğlan deistdir.  

Tahir Əkbərin məzarının dəyişdirilməsi düzgün deyil!

  – Dediniz ki, ruhlarla danışırsınız. Maraqlıdır, öləndən sonra insanın səs tembri dəyişir?

– Öləndən sonra ruh danışmır, fikirlərini bildirir. Çünki ruhun danışmaq üçün orqanı yoxdur. Onların fikirləri sənin beyninə keçir və qeyd edim ki, olar bütün dillərdə danışa bilir.  

– Axırıncı dəfə ruhlar sizə nə deyib?

– Onu deyə bilmərəm axı, siz ruhları lap müğənni elədiniz (gülür).  

– Yeni ölmüş adamın ruhu ilə əlaqə qura bilirsiniz?

– Bir ilədək heç bir ruhu narahat etmək olmaz. Qəti qadağandır. Amma bir söz deyim, bu müsahibədən sonra məni yenə yıxıb, sürüyəcəklər ki, ruhlarla danışmaq qadağandır, olmaz və s.  kimi sözlər deyəcəklər.

– Bu yaxınlarda bəstəkar Tahir Əkbər rəhmətə getdi, səhəri gün həyat yoldaşı məzarının yerini dəyişdirdi. Bu, düzgündür?

– Olmaz, qəti qadağandır. Torpağa tapşırıldısa, onu tərpətmək olmaz.  

– İllər keçsə də, olmaz?

– Ümumiyyətlə, bir il, on il, yüz il... Fərqi yoxdur.  

– Ruhun varlığını hiss etmək mümkündür?

– Ruh varlığını yalnız soyuqla büruzə verə bilər.  

– İlk dəfə ruh görəndə qorxmuşdunuz?

  – Bəli, qorxmuşdum. Amma niyə qorxduğumu deməyəcəyəm. Maştağa qəbiristanlığında nənəmin ruhunu görmüşdüm. Amma bu, ekstrasens olmamışdan öncə olmuşdu. Necə olmuşdu, hələ də baş aça bilmirəm. Uşaqlıqda da, indi də deyirlər ki, sən qeyri-adisən, gözlərin axır.   Xəzər dənizindən qız meyiti tapmışam...  

– İndiyədək sizi dəhşətə salan hansı hadisə olub?

– Rusiyada bir oğlan itmişdi. Onu axtarırdım. İki gün sonra cəsədini qarın altından tapanda anasının qışqırmağı qulağımdan getmir.  

– Azərbaycanda belə hadisə olub?

– Xəzər dənizindən qız meyiti tapmışam. Bu barədə mediada yazılar gedib, ancaq mənim adım olmayıb. Həmin vaxt gizli işləyirdim. Saytlara nəzər yetirsəniz, görərsiniz.  

Sura ruhları və cinləri özünə cəlb etmişdi...

– Yadınızdadır, Tünzalə Ağayevanın tələbəsi var idi – Sura. Dedilər ki, nələrsə görürmüş və qorxurmuş...   – Ölünün dalınca danışmazlar. Lakin xanım özü ruhları və cinləri özünə cəlb etmişdi. Heç vaxt hər eşitdiyiniz şeyə əməl etməyin. Ruh çağırmaq da buna aiddir. Magiya təhlükəli şeydir...

İnstagram: @ekstrasens_agil_magarramov Bakı: 055223 66 13 Moskva: +79601374639


loading...