Müsahibim tanınmış ekstrasens Aqil Məhərrəmovdur :
- Tez-tez Moskvada olursuz. Hər iki ölkənin vətəndaşları sizə müraciət edir. Bəs sizə hansı ölkədə çalışmaq rahatdı ?
- Düzünü desəm Moskvada çalışmaq daha rahatdı. Səbəb odur ki, orada insanların problemləri daha azdır. Məsələn, onlara çox az cadu edirlər. Ailə qurmaq bizdə daha çətindir, onlarda daha asandı. Ona görə Moskvada işləmək daha rahatdır.
- Son illər Azərbaycanda ailə qurmaq qlobal problemə çevrilib. Bəs sizcə problemi yaradan səbəb nədir ?
- Bilirsiniz, Azərbaycanda güvən problemi var. Və insanlar get-gedə bir-birlərinə qarşı güvəni itirirlər. Ailələrdə xəyanət amili get-gedə artır. Əvəllər qohumluq əlaqəsi daha güclü idi, qonşu - qonşusu haqda çox şey bilirdi. Amma indi hər kəs çox qapalı olub, qohumlar bir-birindən uzaq düşüb. Həm də ki, insanlar əvvəl erkən yaşda ailə həyatı qururdularsa, indi əsas madiyyata önəm verib, karyera qurmağa çalışırlar.
- Deyirlər rus magiyası ilə olunan cadular daha gec təmizlənir.
- Bəli, rus magiyası daha qəlizdi. Ondan da daha qəlizi yəhudi magiyasıdır. Ən çətini isə vudu hesab olunur.
- Vudu magiyası ilə olan caduları təmizləmək olmur deyirlər. Həqiqətənmi bu belədir ?
- Yox şəxsən mən tam arxayınlıqla deyirəm ki, hər növ cadunu təmizləyə bilirəm. Bir dəfə tanınmış bir məmura cadu olunmuşdu. Mən ona baxanda və biləndə ki, ona vudu magiyası ilə cadu olunub, şoka düşdüm. Amma mən onu təmizlədim. Həmin şəxs əvvəllər Dubayda yaşayıb, daha sonra Bakıya gəlmişdi. Cadunu da ona Dubayda ediblərmiş. Vudu magiyasında ən çətini kuklanın özünü tapmaqdır. Əgər tapılmasa bir az çətin olur, amma yenə də olur. Ekstrasens peşəkardısa cadu harda olubsa, fərq etməz onu tapmaq və təmizləmək mümkündür.
- Bəs müsəlman və rus magiyasının fərqi nədədir?
- Müsəlmanlar da aura, energetika romb , ruslarda isə aval formasındadır. Ən çətini budur. Bizdə bir başa Allaha, onlarda isə bir başa İsa peyğəmbərə ibadət olunur. Çünki ruslar İsa peyğəmbərə sitayiş edirlər. İkinci biz də içki içənlər azdı, ruslarda çoxdur. İçki içən insanlara magiya daha tez təsir edir. Bizdə kəbin var, onlarda vətəndaş nikahı və ya əsl nikah ... Kəbinli insana cadu etmək də bir az çətindi.
- Quranla fala baxmaq ...
- İnanmıram və qəbul etmirəm ! Quranda istixarə var. Orda ya hə, ya yox olur. Quranda yazılmır ki, sən ərə gedəcəksən 5 uşağın olacaq. Bu kimi şeylər olmur. Quranı adı kitaba çevirib , hər dəqiqə açmaq olmaz.
- Bəs siz necə insan həyatından məlumat verirsiniz?
- Mən insana baxanda onun həyatı sanki bir film kimi göz önümdə canlanır.
- O filmə baxıb dəhşətə düşdüyünüz anlar çox olub?
- Bəli, olur. Yanıma 3 uşaq anası gəlmişdi. Xanım artıq həyatı ilə barışıb, həyat yoldaşı dostunun arvadı ilə evlənib. Həm də kişi öz xanımı ilə boşana bilmir. Xanımların bir-birilərini tanıması, bir-birilərinə etdiyi cadular məni dəhşətə gətirdi.
- O ölməyəcəkdi, cadu onu öldürdü, mənə cadu ediblər ərə gedə bilmirəm" - sizcə bu fikirlər primitiv deyil?
- Mən ZAQS-DA işləmirəm ki, kimisə evləndirim. Sadəcə bağlı yollarını aça bilərəm. Və bu zaman da ailə qurmaq şansları, evlənmək üçün namizədləri artır. Cadu isə insanı öldürmür zəiflədir, elə məhv edir ki, ölümdən betər olur. Orqanizm dözmür və insan ölür.
- Alimlər bildirir ki, müasir elm sehrin bütün növlərini rədd edir.
- Bir vaxtlar biz düşünürdük ki, yer kürəsi donuzun üzərində durur. Anlamırdıq, anlayandan sonra da bildik nə var, nə yox. Elmdən xəbərsiz idik, elə fikirləşirdik. O alimlər də inanmırlar, tamamilə bu sahəni bilmirlər, ona görə də deyirlər ki, belə bir şey yoxdur. Amma başına gələnlər bilir axı var, mövcuddur.
- Elm kimi təsdiq olunması üçün bəlkə əsl ekstrsenslər birləşəsiniz.
- Bu artıq Amerikada və Niderlanda olub. Hətta İşveçrədə deputatlar falçılara qadağa qoymuşdular. Falçılar etiraz etdi, ancaq onlar inanmadı. Falçılar da birləşib, magiya yolu ilə iş gördülər. Və ondan sonra milli məclis yandı, 20-dən artıq deputat xəsarət aldı. O ki, qaldı Azərbaycana bizdə ekstrasens, ekstrasensin arxasıca danışır. Necə birləşmək olar axı?!
- Fala baxmaq, cadu etmək və yaxud da cadunu təmizləmək... Hansı daha çətindir?
- Cadunu təmizləmək ...
- Siz cadunu necə təmizləyirsiniz?
- Mən ancaq qəbirstanlıqda işləyə bilirəm. O da rus qəbirstanlığında olur. Moskvaya tez-tez səyahətlərimin əsl səbəblərindən biri də budur. Gecə məni ancaq qəbirstanlıqda görə bilərsiniz. Təbii ki, Moskvada ... Bəziləri qorxur, amma mən qorxmuram. Mənə ruhların oyanmağı lazımdır. Ruhlar da gecə oyanır.
- Cadunu neçə günə təmizləyirsiniz?
- 10 gündən başlayıb, 2 aya qədər davam edə bilər, baxır məsələyə, problemə.
- Qan və heyvan yağından istifadə edib hansı caduları və nə üçün edirlər ?
- Qan və heyvan yağından istifadə edərək çox şeylər etmək olar. Məsələn, ayının ətindən istifadə edərək, insanları bir-birinə daha şirin etmək olur. Ceyran dərisindən istifadə edərək bir qızın ailə qurması üçün yollarını açmaq və ya ruzi üçün də nələrsə etmək olur. Bu müsəlman magiyası üçün nəzərdə tutulur. Amma mən canavar pəncəsindən istifadə edirəm amma yağından yox. Ölüm cadusunu dayandırmaq üçün mən canavar pəncəsindən istifadə etmişəm. Canavarın arxa sol pəncəsindən ölüm cadusu üçün istifadə edirlər, arxa və sağ pəncəsindən isə ölümü dayandırmaq üçün istfadə edirlər.
- Bəs qarğa beyni ilə nə edirlər?
- İnsan beynini kütləşdirib, qurudurlar. Bunu insana yedirdirlər və insan dəli olub, ölür.
- Bilirik ki, vəhv ancaq peyğəmbərlərə verilib. Ancaq bəzi ekstrasenslər deyir ki, bizə vəhv verilib. Mütaliə edən insan bilir ki, vəhv sonuncu dəfə kimə verilib və bununla da bitib.
- Çox səhv deyir həmin ekstrasenslər. Vəhv verilmir. Koma, şok, psixolojı udar ... Bunun elmi sübutu var. Bunlar olandan sonra insanda hissiyat oyanır. Bunları inkişaf etdirsən olursan profesional.
- Bəyəndiyiniz dünyaşöhrətli ekstrasens kimdir ?
- Vanqa çox güclü olub. Amma o ruhunu şeytana satıb. Dəfələrlə ölüb-dirilən fenomen və fantastik şəxsiyyət Volf Messinq deyərdim. Çox güclü gipnoz edən olub. Ən sevdiyim isə Cuni olub.
- Fala baxan zaman çox vaxtı valideyn adları soruşulur. Səbəb?
- Uşaq 9 ay ana bətnində qalır deyə, ananın enerjisini daha çox alır. Uşağı ataya bağlamaq çətindi. Uşaq ən çox anaya bağlı olur. Adı dəqiq biləndə isə daha dəqiq məlumatlar verilir, amma mən insana baxan kimi ana adı deyilməsə belə, məlumat verə bilirəm.
- Vudu cadugərləri əsasən işlərini heyvan qanları, ilanlar, quru kəllələr ilə görürlər. Bəs Aqil işini necə görür ?
- Şamlardan, ruhlardan və bəzən də heyvanlardan istifadə edirəm. Amma hər şey qəbirstanlıqda.
İnstagram: @ekstrasens_agil_magarramov Bakı: 055223 6613 Moskva: +79601374639