Azərbaycanlı gənc meşədə donaraq öldü

Azərbaycanlı gənc meşədə donaraq öldü

Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb.

Xəbərçi.az report-a istinadən məlumat verir ki, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.

Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.
loading...