Rza Zərrabı həbsxanada bıçaqlamaq istəyiblər - YENİLƏNİB

Rza Zərrabı həbsxanada bıçaqlamaq istəyiblər - YENİLƏNİB

10:28

ABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd cəhdi olub.

Xəbərçi.az bildirir ki, apa-nın "Yeni Şafak"-a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib.

O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

Vəkilin sözlərinə görə, hadisədən sonra R. Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir: "Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək, yönləndirilmiş ifadələr verməyə məcbur edilir".

Qeyd edək ki, R. Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R. Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.

09:55

ABŞ-da həbsdə olan məşhur iş adamı Rza Zərrab haqqında yeni iddia səsləndirilib.

Xəbərçi.az qafqzinfo.az-a istinadən məlumat verir ki, bir neçə gündür haqqında heç bir məlumat alınmayan iş adamını qaradərili bir məhbusun öldürməyə cəhd etdiyi iddia edilib.

Bu səbəbdən onun başqa həbsxanaya köçürüldüyü bildirilir.

Digər bir iddiaya görə, ABŞ-da müəyyən dairələr Zərrabdan istədikləri cavab almaq üçün bu yolla etiraf etdirmək istəyirlər.

Qeyd edək ki, R.Zərrab son iki məhkəmə prosesində iştirak etməyib. Türk vəkili onunla əlaqə saxlaya bilmədiyi üçün Türkiyə Xarici İşlər Nazirliyi bu həftə 2 dəfə ABŞ-a nota verib.

  Bank fırıldaqçılığı və "çirkli pulların yuyulması"nda ittiham edilən 34 yaşlı biznesmen 19 mart 2016-cı ildə Mayami şəhərində tutulub.

Təbrizdə doğulan Zərrabın İran və Türkiyə vətəndaşlığı var.


loading...