Bakıda piyada faciəvi şəkildə ölüb - Bədəni bir neçə hissəyə parçalanıb - YENİLƏNİB

Bakıda piyada faciəvi şəkildə ölüb - Bədəni bir neçə hissəyə parçalanıb - YENİLƏNİB

10:13

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərçi.az report-a  istinadən məlumat verir ki, Lökbatan qəsəbəsində yolu keçmək istəyən təqribən 20-25 yaşlı kişini "99-MA-645" dövlət qeydiyyat nişanlı "Lifan" markalı avtomobil vurub.

Zərbənin gücündən kişinin əli və ayağı bədənindən qoparaq yolun kənarına düşüb.

Hadisə sürət haddinin 120 km/saat olduğu yolda baş verib. Ölən kişinin meyiti şəxsiyyətinin araşdırılması və müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Sürücü şok vəziyyətində olduğu üçün hadisənin necə baş verdiyini xatırlamayıb.

 

----------

08:33

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vurub öldürüb. Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun 13-cü km-də, paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, "Lifan" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb. Güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.
 
Hadisə ilə bağlı araşdırma aparılır.


loading...