Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xəbərçi.az ARB TV-yə istinadla xəbər verir ki, bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 27 yaşlı Cavid Qasımov, səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.
Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb.
Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.