Bir neçə gün öncə tanınmış din xadimi, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata olub.
77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub: “Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.
Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var.
İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul. (modern.az)