Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurdu

Bakıda "təcili yardım" maşını iki məktəbli qızı vurdu

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərçi.az-a trend-ə istinadən məlumat verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub.

Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.


loading...