Zəlzələ bu rayonlara - CİDDİ ZİYAN VURDU

Zəlzələ bu rayonlara - CİDDİ ZİYAN VURDU

Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130 evə ziyan dəyib.

Xəbərçi.az  məlumat verir ki, bu barədə trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 130 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".

Bərdədə 3.2 bal gücündə zəlzələ baş verib.

Xəbərçi.az-a AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 02:02-də Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub, dərinliyi 25 km olub.

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub.

Xəbərçi.az məlumat verir ki, bu barədə trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".

Xatırladaq ki, episentrdə - Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.

10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.


loading...