Yerevanda bir neçə gündür etiraz aksiyası keçirən tələbələrdən 5-i acılıq aksiyasına başlayıb.
Xəbərçi.az report-a istinadən məlumat verir ki, bunu "Eləmin inkişafı naminə" təşəbbüsün koordinatoru David Petrosyan bildirib.
Aclıq aksiyası Yerevan Dövlət Universitetinin auditoriyalarından birində keçirilir.
"Biz, 5 tələbə aclıq elan edirik. Bununla da hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk", - o vurğulayıb.