Yasamal rayonunda 3 metr dərinliyində çuxura düşən şəxs xilas edilib.
Xəbərçi.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər çuxura düşərək köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı dərinliyi 3 metr olan çuxurdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.