Ata 12 yaşlı oğlunu işgəncə ilə öldürdü - Öləcəyi ağlıma gəlmədi

Ata 12 yaşlı oğlunu işgəncə ilə öldürdü - Öləcəyi ağlıma gəlmədi

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib. Xəbərçi.az bildirir ki, Türkiyənin Kayseri şəhərində 12 yaşındakı oğlu Heydəri iplə boğaraq öldürən 43 yaşlı Həsən oğlunu yaramazlıq edib çevrəsindəki insanlara rahatsızlıq gətirdiyi üçün öldürdüyünü bildirib. Hadisədən dərhal sonra biləklərini kəsərək özünü öldürmək istəyən ata polisə ifadəsində bunları deyib:

"Canımı, oğlumu itirdim. Kim uşağını öldürmək istər? Heydər çox hərəkətli uşaq idi. Qonşu uşaqları və məhlələrdəkilərlə daima dava eliyər, mənə çoxlu şikayətlər gələrdi. Yaramazlıq etməməsi üçün bir neçə dəfə mən və anası Gülşən ona etirazımızı bildirirdik. Oğlumun yaramazlığından bütün qonşular qapıma gəlib mənə küfür edirdilər. Onlara qarşılıq vermədiyim üçün qürurlandım. Dünən qonşular yenə şikayətə gəldi. Heydərə xəbərdarlıq etdim və onun mənə cavab qaytarması məni çox əsəbləşdirdi. Onu döydüm. Sonra özümə hakim ola bilmədim. O anda boğazını iplə sıxdım. Öləcəyi ağlıma gəlmədi. Öldüyünü anlayanda çox peşman oldum. Özümü evdə asmaq istədim,amma bacarmadım. Sonra biləklərimi kəsib, yaşamıma son vermək istədim, amma yoldaşım və qonşular məni xilas etdi". 


loading...