Şəmkirdə 4 otaqlı ev yandı - VİDEO

Şəmkirdə 4 otaqlı ev yandı - VİDEO

Şəmkir rayonu Aşağı Seyfəli kəndində yanğın olub. Xəbərçi.az ARB TV-yə istinadla bildirir ki, Nəsimi Məhəmmədova məxsus ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Ev tamamilə yansa da, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


loading...