Sumqayıtda ev yandı: ata və qızı xəstəxanalıq oldu

Sumqayıtda ev yandı: ata və qızı xəstəxanalıq oldu

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Xəbərçi.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb, xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


loading...