Türkiyənin Ordu şəhərində toy edən cütlük İstanbula qayıdarkən ağır yol qəzasına düşüblər.
Xəbərçi.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbətə görə, Ufuk Akgün ötən gün Ordu şəhərində Özge Akgün ilə yollarını birləşdirib. Toydan sonra yaşadıqları İstanbul şəhərinə qayıdan cütlüyün avtomobili Çankırı adlanan ərazidə yük maşının altında qalıb. Hadisə nəticəsində hər iki gənc ağır vəziyyətdə xəstəxayana çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayın.
Cütlüyün toydan bir gün sonra faciəvi şəkildə ölməsi Ordu şəhərini yasa boğub.
https://www.youtube.com/watch?v=5TJz_54ZAP0