İnternetdə tanış olduğu qadını dişləyərək görün nə hala saldı

İnternetdə tanış olduğu qadını dişləyərək görün nə hala saldı Rusiyanın Kurqan şəhərində insanların qanını donduracaq hadisə baş verib. Anatoli Ezhkov adlı şəxs internetdə tanış olduğu qadını nahar yeməyinə dəvət edib. O, birlikdə araq içdiyi 41 yaşlı tibb bacısına ağlagəlməz işgəncələr edib. Ezhkov spirtin təsiri ilə özündə olmayan qadının qulaqlarını, burnunu və barmaq uclarını dişləyərək qoparıb. İşgəncələr təxminən 4 saat boyunca davam edib. İşgəncə zamanı bədbəxt qadının onurğasının da parçalandığı deyilib. Qadın yaşadığı dözülməz ağrıyla birlikdə fəryad edərək canını xilas etməyi bacarıb. O, dərhal xəstəxanaya qaldırılıb.   Polis tərəfindən qısa müddətdə yaxalanan Ezhkovun isə məhkəmə tərəfindən şərti azad edildiyi öyrənilib. (primetime.az)

loading...