Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. Xəbərçi.az report-a istinadən bildirir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-cı il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor onun başına düşüb.
Körpə ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.