Bakının Binəqədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Xəbərçi.az report-a istinadən xəbər verir ki, Azadlıq prospektində, 115 saylı orta məktəbin qarşısından yolun digər tərəfinə keçmək istəyən 1998-ci il təvəllüdlü Şahmalıyeva Aysel Vaqif qızı və 2001-ci il təvəllüdü Şahmalıyeva Elmina Vaqif qızını minik avtomobili vurub.
Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.
Sürücü saxlanılıb.