Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib

Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı+ Yenilənib

Goranboyda avtobus körpüdən aşıb.
 
Xəbərçi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
 
Xeyli yaralının olduğu bildirilir.
 
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.

***

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. 

“İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. 

Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


loading...