Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar

Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar

Fevralın 19-da, saat 13:00 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qızın telefonu zorla əlindən alınıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib.

“Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


loading...