Şəki Apellyasiya Məhkəməsində əmisi arvadını zorlayıb öldürən şəxsin məhkəməsi başlayır.
Xeberci.az ölkə.az-a istinadən xəbər verir ki, Bəhruz İsmayılov cəzasının 9 ilini çəkdiyi üçün azadlığa çıxması ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib.
Ancaq yerli rayon məhkəməsi məhkumun ərizəsini rədd edib. Bundan sonra məhkum 2-ci instansiya məhkəməsinə müraciət edib. Fevral ayının 25-də hakim Akif Eyvazovun sədrliyi ilə B. İsmayılovun şikayətinə baxılacaq.
Xatərladaq ki, 2008-ci ilin oktyabr ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlaxın Alar kənd sakini Bəhruz Maarif oğlu İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İsmayılov 2008-ci il iyulun 12-də əmisi arvadı, 51 yaşlı Roza Bədəlovanı zorlayıb, sonra isə şalvarının kəməri ilə onu boğaraq qətlə yetirib.
İsmayılov ifadəsində özünü qismən təqsirli bilib və deyib ki, əmisi arvadını öldürməyi iki il əvvəl planlaşdırıb və bu qətli qisas almaq məqsədilə törədib.
Onu öldürməyinə səbəb isə Bədəlovanın anası ilə dalaşması olub.
İsmayılovun əmisi, zərərçəkmiş Əliş Mahmudov isə hadisə olan vaxt Rusiyada olduğunu deyib və qardaşı oğlundan şikayətçi olmadığını bildirib.
İsmayılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və zorlama (149) maddələri ilə ittiham olunub.