Bakının Suraxanı rayonu, Binə qəsəbəsində evdə odun sobası partlayıb.
Xeberci.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə Hövsanda “Südçülük sovxozu” adlanan ərazinin yaxınlığında baş verib.
1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evin qonaq otağında olan odun sobasını yandıran zaman oraya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb
Bu zaman odun sobası partlayıb və özü, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları - 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Məhəmməd Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.