Rayondan Bakıya gələn iki sərnişinin torbaları dəyişik düşüb.
Xeberci.az xəbər verir ki, torbaların birinin içərisində tikinti alətləri, digərində isə paltar dəstləri olub. Sərnişinlərdən biri indi dəyişik düşən torbasını axtarır.
Məşhur Azərbaycan filmindəki bu səhnə gerçək həyatda da yaşanıb.
Bu dəfə isə mikroavtbus ilə rayondan bakıya gələn iki sərişinin sellefon torbaları dəyişik düşüb.
Əslən Şəkidən olan Mehman İbrahimxəlilov deyir ki, dünən ağdaş rayonu ərazisində bakıya gəlmək üçün mikroavtobusa minib. Ona aid torba avtobusda olan bir qız sərnişinin torbası ilə dəyişik düşüb.
Peşəsinin usta olduğunu deyən müsahibimiz elə ona aid olan torbasında da usta alətlərinin olduğunu bildirir.
Həmin qızın hansı rayondan olduğu dəqiq bilinməsə də, Bakıda univerisitetlərin birində təhsil aldığı güman edilir.
Xəzər TV hadisə barədə sujet hazırlayıb.