BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı

BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı

Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xeberci.az publika.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Rəşad Fətullayevin qız üstündə düşən mübahisə zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, qış tətili ilə əlaqədar doğulduğu şəhərdə olan 18 yaşlı Rəşad sevdiyi qızı narahat edən 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu ilə söhbət edərək məsələni aydınlaşdırmaq istəyib. Bu zaman həmyaşıdlar arasında mübahisə yaranıb və əslən Sabirabad rayonundan olan və Şirvanda kirayə yaşayan Amil bıçaqla Rəşada ağır xəsarət yetirib. Universitet tələbəsi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Dəhşətli qətli törədən Adıgözəlov Amil Mahir oğlunun tüfeyli həyat tərzi keçirdiyi, Şirvan şəhərində fəhləlik etdiyi bildirilir.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, Sabirabad rayon sakini A.Adıgözəlov Şirvan şəhər polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb.




loading...