Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB

Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB

Sumqayıt-Bakı qatarının hərəkətində texniki problem yaranıb.

Xeberci.az oxu.az-a istinadən məlumatına görə, bu gün Sumqayıt Dəmiryolu Stansiyasından səhər saat 08:00-da çıxmalı olan qatar yaranmış problem səbəbindən xəttə buraxılmayıb.

Faktı Oxu.Az-a təsdiq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova xətlərdə heç bir problemin olmadığını qeyd edib:

“Qatarın özündə texniki problem yaranıb. Xətlərdə heç bir problem yoxdur. Yaranmış problemin səbəbi araşdırılır. Texniki nasazlıq səbəbindən 6008 №-li elektrik qatarının hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib. Sərnişinlər qrafik üzrə 08:48-də hərəkət edən qatarla Bakıya yola salınıblar. Sumqayıt-Bakı istiqamətində işləyən digər qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur. Qatarlar qrafik üzrə hərəkət edəcək”.


loading...